21 C
Baku
Monday, April 29, 2024

Azərbaycan Britaniyanın sudan səmərəli istifadə təcrübəsini öyrənəcək

Birləşmiş Krallıq Azərbaycana su və torpaq ehtiyatlarının effektiv və səmərəli idarə edilməsi üzrə təcrübəsini təqdim edəcək.

Bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolunda qeyd olunur.

Bundan başqa, protokolda torpaq analizi, tədarük zənciri məlumatlarının idarə edilməsi, gübrə-pestisidlərin istifadəsi, suvarma və pilotsuz uçuş aparatları (UAV) və ağıllı təsərrüfatlar və bio və nanotexnologiyaların tətbiqi də daxil olmaqla sektorun davam edən müasirləşdirilməsini dəstəkləmək üçün aqrotexniki innovasiyalar sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi məsələləri də əksini tapıb.

Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər