2014-cü ilin iyul ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə ilk dəfə olaraq “İnvest-AZ” MMC başçılıq edib.
Şirkət ümumi dəyəri 982,45 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə bazar ertəsi Bakı Fond Birjasından (BFB) məlumat verib.İyunda lider olan “Paşa Kapital” MMC ötən ay altıncı yerdə qərarlaşıb.
İkinci yeri ümumi həcmi 977,5 milyon manat olan broker xidmətləri göstərmiş bazarın yeni iştirakçısı “PSG-Broker” tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 38,08 milyon manatla “Brokdil Az” MMC qərarlaşıb. MMC əvvəlki ay ikinci olub.
“İnvest-AZ” şirkəti “Cənub Qaz Dəhlizi” QSC-nin istiqrazlarının alıcı brokeri (ARDNŞ) seçilməsi sayəsində birinci yerə çıxıb. QSC 0,92 milyard dollar və 1,25 milyard dollar həcmində istiqrazların iki emissiyasını buraxıb.
2014-cü ilin iyulunda xidmətlərin həcmi üzrə qiymətli kağızlar bazarında brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əməliyyatların həcmi (AZN) |
1 |
“İnvest-AZ” MMC |
982,454,757.24 |
|
2 |
“PSG-Broker” |
977,516,226.50 |
|
3 |
2 |
“Brokdil-Az” MMC |
38,083,000.00 |
4 |
9 |
“Texnika Kapital Menecment” MMC |
25,144,092.05 |
5 |
4 |
“Çelsi Kapital” MMC |
17,382,111.33 |
6 |
1 |
“Paşa Kapital” MMC |
13,128,027.35 |
7 |
6 |
“Unicapital” ASC |
10,576,437.41 |
8 |
8 |
“ADB Broker” MMC |
8,060,957.60 |
9 |
5 |
YapiKrediİnvest |
6,048,263.00 |
Trend.az