Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir.
Bunu “Financial Times”in araşdırması göstərir.
Araşdırmaya görə, ilk üçlüyə Azərbaycandan sonra Qazaxıstan və Rusiya daxildir.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə cari ilin yanvarın 18-də start verilib. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 43 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 636 min 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 406 min 844 nəfər təşkil edir.