Azərbaycan 2024-cü ilin ilk səkkiz ayında xaricə 100 milyon dollar dəyər üzərində olan minik avtomobili ixrac etməklə keçən ilki nəticələri üstələyib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, ilk səkkiz ayında xaricə 1658 min ədəd minik avtomobili ixrac edilib və bunun da ixrac dəyəri 105.27 milyon ABŞ dolları təşkil edir. İdxalın sayı illik müqayisədə 3% faiz azalsa da, dəyər baxımından 8% artıb.
İxrac edilmiş avtmobillərin böyük əksəriyyəti, benzin mühərrikli avtomobilər təşkil edib.
İxrac edilmiş avtomobillərin böyük əksəriyyəi Qazaxıstana satılıb. Məsələn, hesabat dövründə 645 ədəd və ya 33.67 mln. dollarlıq Qazaxıstana, 264 ədəd və ya 20.92 mln. dollarlıq Qırğızıstana ixrac edilib.