2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbycanda 94.4 milyon manatlq geyim istehsal olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Belə ki, hesabat dövründə geyim istehsalı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.5% artıb.
Qeyd edək ki, bu il geyim istehsalı ilə yanaşı dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 20%, toxuculuq sənayesində 9,6 faiz artım müşahidə olunub.