20 C
Baku
Sunday, May 5, 2024

Azərbaycan bu il Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 787.79 milyon dollar dəyərində mal və məhsullar ixrac edib.

Bu göstərici ötən illə müqayisədə 32.3% çoxdur. 2022-ci ilin ilk 11 ayı ərzində Gürcüstanın Azərbaycana ixracı 595.53 milyon dollar olub. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 14.1%-ni təşkil edib.

Gürcüstanın ikinci və üçüncü ixrac tərəfdaşları isə müvafiq olaraq Ermənistan (710.71 milyon dollar) və Qazaxıstan (649.18 milyon dollar) olub.

Cari ildə Gürcüstanın ümumi ixracı illik ifadədə 11.1% artaraq 5 milyard 584.30 milyon dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər