Azərbaycan bu il İrana ‘axan’ valyutanı azaldıb

Azərbaycanın İran İslam Respublikasına ixracı artıb, idxalı isə azalıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Cari ilin yanvar-oktyabr ayları ərzində İrana $34.55 mln. həcmində məhsul ixrac edilib, İrandan Azərbaycana isə $239.49 mln. məhsul ixrac olub.

Son bir ildə ümumi idxal payında İranın payı 3.42%-dən 2.73%-ə qədər azalıb, ixracda isə əksinə, 0.18%-dən 0.28%-ə yüksəlib.

2019-cu ilin 10 ayında Azərbaycanın İrana  ixracın həcmi $30.99 mln., idxalın həcmi isə $391.69 mln. təşkil edib.

Belə ki, illik müqayisədə Azərbaycanın İrana ixracı $3.56 mln. və ya 12% artıb, idxal isə $152.2 mln. və ya 39% azalıb.

Son xəbərlər
Digər xəbərlər