18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan bu il kompüter və elektrik avadanlıqlarının istehsalına 180 milyon manat xərcləyib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180.5 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 50.1 faiz artıb, elektrik avadanlıqların istehsalı isə 2.4 faiz azalıb

Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2.1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2 dəfə artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər