Azərbaycanın neft ixracı illik müqayisədə azalsa da, mövcud logistika imkanları fonunda tədarüklər əsasən daha yaxın bazar olan Avropaya yönəldilib. Nəticədə Asiyanın payı cari ilin ilk 11 ayında ötən ilki təxminən 20%-dən 2025-ci ilin eyni dövründə 15%-ə enib. Asiyanın əsas alıcısı olan Hindistana ixrac isə 1.17 mln. tondan 0.25 mln. tona düşüb.
Banker.az Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir ki, 2025-ci ilin yanvar–noyabr aylarında isə ümumi ixrac həcmi azalaraq təxminən 11.51 mln. ton səviyyəsində formalaşıb. İtaliyanın payı kəskin artaraq təxminən 12.67 mln. ton və 6.52 mlrd. ABŞ dollarına çatıb. Rumıniya, Yunanıstan, İrlandiya, Fransa, Niderland və digər Avropa ölkələrinə ixrac da yüksəlib. Nəticədə 2025-ci ildə Avropanın ümumi ixracdakı payı təxminən 80%-ə yaxınlaşıb.
Asiya ölkələrinin payı isə azalıb. Məsələn Hindistana ixrac təxminən 0.25 mln. ton və 0.13 mlrd. ABŞ dollarına enib, Türkiyə və Cənub-Şərqi Asiya ölkələrində də həcmlər aşağı düşüb. Asiyanın ümumi payı təxminən 15% ətrafında formalaşıb. Digər regionların payı isə cəmi 5% ətrafında qalıb.
2024-cü ilin yanvar–noyabr aylarında Azərbaycanın xam neft ixracı 21.56 mln. ton, dəyəri 13.30 mlrd. ABŞ dolları olmuşdu. Əsas alıcılar Avropa ölkələri olsa da, payı öncəki ilə nisbtın az idi. İtaliya 9.86 mln. ton və 6.14 mlrd. ABŞ dolları ilə liderliyini qoruyub. Digər Avropa ölkələri ilə birlikdə Avropanın payı 70–75% təşkil edirdi.








