Azərbaycana xaricdən ən çox xarici valyuta gətirən aqrar məhsullardan biri pambığın əkin sahələri 2024-cü ildə 25 faiz genişləndirilib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İlin ilk 4 ayında yazlıq əkinlər üzrə göstəricilərə əsasən, respublika üzrə 90.34 min ha sahə pambıq əkilib. 2022-ci ildə ölkədə ümumi pambıq sahələrinin həcmi 72 min ha təşkil etmişdi.
2023-cü ildə 276.31 min ton pambıq yığımı, məhsuldarlıq isə hektara 29 sentner olub.
Ölkədən xaricə 69.38 min ton və ya $122.41 mln.-luq pambıq ixrac edib. Pambığın əsas ixracatçıları “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-dir.
İlin yanvar-aprel ayları üzrə pambıq əkini sahəsi, min ha | |||
Rayonlar | 2024-cü il | 2023-cü il | İllik nisbət, % |
Ağcabədi | 12.29 | 11.18 | 109.9 |
Saatlı | 11.91 | 10.60 | 112.3 |
Sabirabad | 10.74 | 8.77 | 122.5 |
Salyan | 8.70 | 4.25 | 2.0 d. |
Beyləqan | 8.22 | 6.49 | 126.6 |
Bərdə | 7.96 | 8.43 | 94.4 |
Neftçala | 7.30 | 2.33 | 3.1 d. |
İmişli | 6.65 | 5.26 | 126.5 |
Biləsuvar | 4.32 | 3.98 | 108.6 |
Zərdab | 2.94 | 2.17 | 135.6 |
Ağdam | 2.60 | 1.61 | 161.4 |
Yevlax | 2.33 | 1.77 | 131.9 |
Tərtər | 2.00 | 2.46 | 81.1 |
Goranboy | 1.44 | 1.48 | 97.5 |
Kürdəmir | 0.94 | 1.41 | 66.8 |
CƏMİ | 90.34 | 72.18 | 125.2 |