17 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan peyk telekommunikasiya xidmətlərinin ixracından 7,6 mln. dollar gəlir əldə edib

Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən  verilən məlumata görə, cari ilin üç ayında “Azərkosmos” peyk telekommunikasiya xidmətlərinin (“Azerspace-1”) ixracından 7,6 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85%-ni təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,2 dəfə artıb.

Bu ilin mart ayında isə “Azərkosmos” dünyanın 17 ölkəsinə 5,5 milyon dollar dəyərində xidmət ixrac edib.

©Ona.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər