24 C
Baku
Thursday, October 10, 2024

Azərbaycan bu il qızıl ixracından nə qədər qazanıb?

2020-ci ilin yanvar-sentyabr aylarında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında qızıl yer tutub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında təqdim edilib.

Bu ilin 9 ayında Azərbaycandan 150 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 120.8 milyon ABŞ dolları idi. Belə ki, illik müqayisədə Azərbaycandan qızıl ixracı 29.2 milyon ABŞ dolları və yaxud 24.2% artıb.

2020-ci ilin təkcə sentyabr ayında isə Azərbaycandan 25.8 milyon ABŞ dolları dəyərində qızıl ixrac olub ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur. Ötən ilin sentyabrında isə ixracın dəyəri 13.1 milyon ABŞ dolları idi.

Son xəbərlər
Digər xəbərlər