10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bu il Rusiyaya xurma ixracını 71% artırıb

2024-cü ilin əvvəlindən bəri Azərbaycandan Rusiyaya xurma ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71.3 faiz artıb.

Bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338.7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstərici (352 min ton) ilə müqayisə oluna bilər. Eyni zamanda xurma tədarükü 71.3% artaraq 18.2 min tondan 31.2 min ton, nektarin 34.2% artaraq 14.1 min tondan 19 min ton, şaftalı 26.6% artaraq 13.7 min tondan 17.4 min ton, çiyələk 10.7% artaraq 17.6 min tondan 19.5 min ton, pomidor isə 9.7% artaraq 106 min tondan 116.2 min tona qədər yüksəlib”, – “Rosselxoznadzor”un məlumatında deyilir.

Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracı xeyli artıb – 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2.7 dəfə artaraq 23 min ton təşkil edib. Soğan ixracı da 5.1 dəfə artaraq 7.7 min tona çatıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər