Azərbaycanda üzüm şərabı istehsalı artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda üzüm şərabı istehsalı 141.2 min dekalitr olub ki, bu da əvvəlki ilə nisbətən 75.8% artım deməkdir.
01.05.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 1 102 min dkl təşkil edir.
*deka litr (1dkl -10 litr)