10 C
Baku
Sunday, April 20, 2025

Azərbaycan bu il smartfon idxalını azaldıb

Azərbaycanın 2025-ci ilin birinci rübündə smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb. Banker.az xəbər verir ki, cari ilin ilk iki ayında ölkəyə 183 109 ədəd smartfon idxal olunub və bu məhsulların ümumi dəyəri 54.23 mln. dollar təşkil edib.

Halbuki, 2024-cü ilin ilk iki ayında idxal olunan smartfonların sayı 222 384 ədəd, ümumi dəyəri isə 61.16 mln. dollar idi. Bu göstəricilər həm say, həm də dəyər baxımından azalma olduğunu göstərir.

Hesabat dövründə ən çox smartfon idxal olunan ölkə yenə də Çin olub. Bu ölkədən 154 128 ədəd smartfon alınıb və onların ümumi dəyəri 41.68 mln. dollar təşkil edib. Vyetnamdan 26 645 ədəd (11.72 mln. dollar), Hindistandan 2 106 ədəd (806.78 min dollar), Koreya Respublikasından isə 230 ədəd (27.6 min dollar) smartfon idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə, həmin dövrdə də ən çox smartfon Çin (168,905 ədəd, 44.04 mln. dollar) və Vyetnamdan (36 295 ədəd, 12.43 mln. dollar) idxal olunmuşdu. Bundan əlavə, Hindistandan 16 058 ədəd (3.46 mln. dollar), ABŞ-dan 952 ədəd (1.11 mln. dollar), Birləşmiş Ərəb Əmirliklərindən 38 ədəd (44 min dollar), İndoneziyadan 75 ədəd (22.72 min dollar), Koreya Respublikasından 1 ədəd (1.42 min dollar), Malayziyadan 14 ədəd (21.12 min dollar), Tailanddan 20 ədəd (13.7 min dollar) və Fransadan isə 26 ədəd (12.12 min dollar) smartfon idxal olunmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər