2020-ci ilin ilk on ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 84.363 milyon dollar təşkil edib.
Banker.az Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil ixracında 27.56 faiz azalma müşahidə olunub.
Cari ilin oktyabr ayında isə ixracın dəyəri 8.034 milyon dollar təşkil edib. Qeyd edək ki, bu, keçən ilin analoji dövrü ilə müqayisədə 60.59 faiz artım deməkdir.