8 C
Baku
Monday, December 23, 2024

Azərbaycan bu il Türkmənistandan 1 mln. barel xam neft alıb

Azərbaycan 2024-cü ilin ilk 10 ayında Türkmənistandan xam neft idxalını davam etdirsə də, Qazaxıstan artıq 6 aydır ki, bir barel belə Azərbaycana ixrac etmir.

Banker.az xəbər verir ki, cari ilin ilk 10 ayında Azərbaycan Türkmənistandan 141.86 mln. ton və ya 1 mln. 1.04 mln. barrel xam neft alıb. Orta Asiya ölkəsindən ölkəmizə satılan xam neftin ümumi dəyəri 81 milyon ABŞ dollarıdır. Keçən illə müqayisədə 74 faiz aşağı rəqəmdir. Keçən ilin eyni dövründə 551.6 min ton və 317.54 mln. dollarlıq xam neft idxal edilmişdi.

Türkmənistandan Azərbaycana gətirilən neftin qiyməti ton üçün 571 dollar və ya barel üçün isə 78 dollar olub. Azərbaycan bu il xaricə xam neftin bir tonunu 626 dollara satıb və alış satış arasındakı fərq hər tonunda 63 dollar Azərbaycanın xeyrinə olub.

Rusiya-Ukrayna müharibəsindən dolayı dünyada xam neftin təchizat zənciri və xəritəsində bir dəyişiklər baş tutub ki, bu Orta Asiya ölkələrini Azərbaycandakı dəhlizdən alternativ kimi istifadə etməyə həvəsləndirib.

Lakin Orta Asiya ölkələrindən Türkmənistan xam nefti qismən də olsa Azərbaycana ixrac etsə də, Qazaxıstan apreldən bu tərəfə dayandırıb. Sonuncu dəfə 34.59 min ton və ya 22.83 dollarlıq xam neft idxal edilib.

 

Son xəbərlər
Digər xəbərlər