21 C
Baku
Saturday, November 2, 2024

Azərbaycan bu il xaricə təbii qazı öncəki ildən 10% ucuz satır

2021-ci ilin ilk yeddi ayında Azərbaycanın xaricə satdığı təbii qazın həcmi açıqlanıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxrac həcmi illik müqayisədə 56%-dən çox artmaqla 12.06 mlrd. kub metr olmuşdur.

İxrac dəyəri isə 2  milyard 14.91 milyon dollar təşkil edib.

Xaricə satılan qazın hər kub metri 0.17 dollar olub, bu rəqəm öncəki ildə ortalama 0.19 dollar idi. Bu da cari ildə 10.5% daha ucuz satması deməkdir.

Təbii qaz, qaz halında
  İxrac, min kub metr İxrac, min dollar
  12 061 122.84 2 014 914.97
Türkiyə 6 793 223.80 974 456.63
İtaliya 2 561 584.64 658 300.34
Gürcüstan 2 094 456.69 261 704.04
Yunanıstan 344 085.15 96 100.99
Bolqarıstan 134 907.93 19 309.95
İran İslam Respublikası 132 864.62 5 043.03

 

Son xəbərlər
Digər xəbərlər