Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.
Banker.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, ilin ilk 4 ayında ölkəyə dəyəri 10 milyon 130 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 44% çoxdur.
Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 622 min dollar təşkil edib ki, bu da illik ifadədə 34.3% çoxdur.