13 C
Baku
Sunday, September 29, 2024

Bu il Azərbaycan xaricdən 331 mln. manatlıq əczaçılıq məhsulları alıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 331 milyon 175 min  ABŞ dolları dəyərində 20 min 633 ton əczaçılıq məhsulları idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 milyon 258 min ABŞ dolları və ya 6 min 112 ton çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 262 milyon 917 min ABŞ dolları dəyərində 14 min 522 ton əczaçılıq məhsulları idxal olunub.

Son xəbərlər
Digər xəbərlər