19 C
Baku
Sunday, May 25, 2025

Azərbaycan bu ilin birinci rübündə təbii qazdan 2.2 mlrd. valyuta əldə edib

Azərbaycan 2025-ci ilin birinci rübündə təbii qaz ixracını həcmi və gəlir baxımından əhəmiyyətli dərəcədə artırıb.

Banker.az Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyard 899 milyon kubmetrdən çox təbii qaz ixrac olunub.

Bu ixracın ümumi dəyəri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə təbii qaz ixracı 4 milyard 933 milyon kubmetr təşkil etmişdi və bunun dəyəri 1 milyard 752 milyon  dollar idi.

Xaricə satılan qazın 3 milyard kubmetr Avropaya, 2.3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1.4 milyard kubmetr), 0.7 milyard kubmetr isə Gürcüstana satılıb.

2024-cü ildə təbii qazın 1 000 kubmetri orta hesabla 355.1 dollar ixrac olunduğu halda cari ilin eyni dövründə bu rəqəm 374.1 dollara yüksəlib. Bu isə 5.3%-lik qiymət artımı deməkdir. Həcmin artması, həm də qiymətin bir qədər yüksəlməsi gəlirlərə ikitərəfli müsbət təsir göstərib.

Energetika Nazirliyinin məlumatına görə, ilin ilk rübündə ölkədə 12.6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3.4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6.8 milyard kubmetri “Şahdəniz”in, 0.4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Təbii qazın Niderland Qaz Habındakı qiyməti: 1 000 kub metrinin qiyməti, USD:32423432423

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək 655.2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476.8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 605.6 milyon ton neft, 233.2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49.6 milyon tona yaxın kondensat, 243.6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 aprel 2025-ci il tarixinədək təqribən 653.2 milyon ton neft və 174.8 milyard kubmetr qaz ixraca nəql edilib.

 

Son xəbərlər
Digər xəbərlər