Azərbaycan bu il İtaliyaya təbii qazı ixracı öncəki illə müqayisədə ikiqat ucuz olduğundan dəyərin kəskin azalmasına səbəb olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan İtaliyaya keçən il 1000 kub metr təbii qazı orta hesabla 805 dollara satdığı halda, bu ilin ilk 10 ayında 403 dollara qədər ucuzlaşıb. Yəni hər 1000 kub metrin dəyəri öncəki ildən orta hesabla 402 dollar ucuzdur.
Cari ilin ilk 10 ayında İtaliyaya 8.06 mlrd. kub metr təbii qazın dəyəri 3.25 mlrd. dollar təşkil edib.
Azərbaycan ümumilikdə xaricə 21.34 mlrd. kub metr təbii qazı 6.85 mlrd. dollara ixrac edib.