13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan bu məhsulun istehsalını ilbəil artırır – 1 tonunu xaricə $71 000-ə satır

Azərbaycan xaricə ixrac etdiyi yodun ixrac həcmini 15 faiz artırıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin ilk üç rübündə xaricə 162.5 ton həcmində yod ixrac edilib.

İxrac edilmiş yodun dəyəri isə 11 milyon 562 min dollar təşkil edib.

Yodun 42.2 tonu (3 mln. 829.5 min dollar) Rusiyaya, 66 tonu (4 mln. 128 min dollar) Hindistana, 54 tonu (3 mln. 582 min dollar) Çinə ixrac edilib.

2022-ci ilin müvafiq dövründə 141.3 tonluq yod ixrac edilmiş və bunun dəyəri 10 milyon dollar təşkil etmişdi.

2022-ci ilin ilk üç rübü ərzində yodun bir tonu xaricə 70 805 dollara satıldığı halda, cari ilin eyni dövründə 71 129 dollar təşkil edib ki, bu da bir tonun 0.4 faiz artımı deməkdir.

Bildirir ki, 2023-cü ilin ilk 10 ayı ərzində illik müqayisədə yod istehsalı 8 faiz artaraq 174.5 ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər