Azərbaycan buğda alışına 185 milyon dollar xərcləyib – artım 13% olub

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın buğda idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə fiziki həcm baxımından 11% artaraq 759 min 945,2 tondan 841 min 677,9 tona yüksəlib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə xaricdən gətirilən buğdanın statistik dəyəri də 13,3% artaraq 163 milyon 501,8 min dollardan 185 milyon 173,7 min dollara çatıb.

Məhsulun ümumi idxaldakı xüsusi çəkisi isə 1,09%-dən 1,62%-ə qədər yüksəlib (0,53 faiz bəndi artım).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər