2024-cü ilin yanvar-may aylarında Azərbaycana 72 milyon 676 min dollar dəyərində 328 543 ton buğda idxal edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni aylarında Azərbaycana 134 milyon 904 min dollar dəyərində 450 152 ton buğda idxal edilmişdi.
Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 27%, dəyər ifadəsilə 46% azalıb.
1 ton buğdanın orta hesabla idxal dəyəri 300 dollardan 221 dollara düşüb (79 dollar azalıb).