Azərbaycan 2020-ci ilin yanvar-oktyabr ayları ərzində 23.71 min ton həcmində emal olunmamış aşqarlanmamış alüminium ixrac edilib. Buna görə ölkəmizə $40.05 mln. valyuta daxil olub. Məlumat üçün bildirək ki, təkcə ötən ilin ilk 9 ayı ərzində 25.38 min ton ($48.04 mln) bu metaldan ixrac edilmişdi.
Azərbaycan xaricə ixrac etdiyi emal olunmamış alüminiumun 19.98 min tonunu ($33.38 mln.) Türkiyəyə və 3.73 min tonunu isə ($6.66 mln.) Yunanıstana ixrac edib.
Emal olunmamış alüminiumun hər kiloqramının $0.19 daha ucuz satıb. Yəni, hər tonunda $190 daha az valyuta daxil olur. Ölkəmizdən xaricə satılan emal edilməmiş məhsulun hər kiloqramının qiyməti $1.69 olub. Bu öncəki ildə $1.88 idi.
Azərbaycan emal olunmamış alüminiumun hər kiloqramı üzrə dəyərinə görə orta qiymət təklif edən ölkələr siyahısındadır. Məsələn, ötən il Azərbaycan bu emal edilməmiş əlvan metalı 1.88 $/kq dəyərində satdığı halda, yaxın coğrafiyada – Gürcüstan 1.40$/kq , Ukrayna 1.61$/kq, Rusiya 1.69$/kq, Latvia 1.65$/kq və Çex Respublikası 1.66$/kq satıb.
Ümumiyyətlə isə alüminium qiymətində 2020-ci ilin ortalarında kəskin ucuzlaşma müşahidə edilib. London Metal Birjasında (LME) 2019-cu il ərzində alüminumun hər tonunun qiyməti 1 700-1 850 dollar ətrafında olduğu halda 2020-ci ilin ilk yarısında 1426 dollar-a qədər minimal göstəricilərlə yadda qalıb. Lakin, son 3 ay ərzində bahalaşıb. Alüminiumun qiyməti LME-də hazırda 2,029.5 dollar/ton təşkil edir.
Bloomberg-in avqustda dərc etdiyi yazıya görə, pandemiyanın bu bazara təsiri də yan keçməyib. Hətta qiymətlər və tələbat göstəriciləri 2008-ci ildən geri qalmır. Avtomobil, radio texnika və s. kimi sənayedə bu əlvan metalın istifadəsindən daha çox istifadə edildiyindən gələcək prespektivdə qiymətlərinin iqtisadiyyatların bərpası ilə artacağını bildirirlər.
Əlavə olaraq, Azərbaycanın emal edilmiş alüminium məmulatlarından gəliri bu ilin ilk 10 ayında $34.5 mln. təşkil edib, bu, 2019-cu ildə $43.40 mln. idi. Bu barədə StatKom-dan bildirilir.
Cəmi olaraq bu il alüminium və ondan hazırlanan məmulatlardan 19% daha az, yəni $86.69 mln. valyuta daxil olub.