26 C
Baku
Tuesday, July 22, 2025

Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 18% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 9,969 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

Bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 17,9% çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 1 milyard 366,703 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 8,6% çoxdur.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox (385,958 milyon ABŞ dolları məbləğində) tekstil malları Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 6,3 % çoxdur. Avropa ölkələrini Yaxın Şərq (315,752 milyon ABŞ dolları məbləğində) və Afrika ölkələri (174,857 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 3,2% və 39,7% çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər