Bu ilin yanvar ayında Azərbaycan 317,1 min ABŞ dolları dəyərində 46,8 ton çay ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə azdır.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat görə, hesabat ayında ölkəyə 5 161,1 min dollar dəyərində 1 337,9 ton çay idxal olunub ki, bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən ay çayın ticarət dövriyyəsinin dəyərində 4 843,9 min dollarlıq mənfi saldo yaranıb. Bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.
©APA