Azərbaycanda 2021-ci ilin yanvar-iyul aylarında yaşıl çay yarpağı yığımının həcmi 796 tona çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32% artıb.
Ölkədə yaşıl çay yarpağı 1 067.2 hektar ərazidən yığılıb.
Qeyd edilir ki, yaşıl çay yarpağının 535.3 tonu Astara rayonu, 223.5 tonu Lənkəran rayonundan, 24 tonu Zaqatala rayonundan və 13.2 tonu isə Masallı rayonundan yığılıb.
Ən böyük məhsuldarlıq isə 1 964 ton/ha olmaqla Astaradan yığılıb.