Azərbaycanın Premyer Liqasının builki çempionu “Sabah Futbol Klubu” MMC 2025-ci ili 282 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 60.75% azdır.
Banker.az xəbər verir ki, bu barədə klubun illik hesabatında qeyd edilir.
Klubun əməliyyat gəlirləri illik müqayisədə 1% azalaraq 26.73 mln. manat təşkil edib. Sponsor və reklam gəlirləri 7.61% azalaraq 19.15 mln. manata düşsə də, UEFA-dan daxilolmalar 46.18% artaraq 3.81 mln. manata, Futbolun İnkişafı Fondundan daxilolmalar isə 37.70% artaraq 3.37 mln. manata yüksəlib. Bilet satışından əldə olunan gəlirlər 35.49% artaraq 69.1 min manata çatıb.
Paytaxt təmsilçisinin əməliyyat xərcləri 1.85% artaraq 26.35 mln. manat olub. Əməkhaqqı və mükafat xərcləri 0.77% artaraq 14.16 mln. manata, sair xərclər isə 2.86% artaraq 11.17 mln. manata yüksəlib. Agentlərə ödənilən məbləğlər 4.22% azalaraq 0.82 mln. manat təşkil edib. Əsas vəsaitlərin amortizasiya xərcləri 42.52% artaraq 146.7 min manata çatıb.
2025-ci ilin sonunda “Sabah Futbol Klubu”nun cəmi aktivləri 16.14% artaraq 2.02 mln. manata yüksəlib. Pul vəsaitləri və qısamüddətli investisiyalar 60.66% artaraq 0.53 mln. manata, əsas vəsaitlər 10.93% artaraq 0.60 mln. manata çatıb. Xalis kapital 32.53% artaraq 1.15 mln. manat olub. Cəmi öhdəliklər isə faktiki olaraq dəyişməyərək 0.88 mln. manat səviyyəsində qalıb. Maliyyə öhdəlikləri 12.7 min manatdan sıfıra enib.
Xatırladaq ki, “Sabah” FK 2017-ci ildə təsis edilib. Klub iş adamı Yaqub Hüseynov tərəfindən təsis edilib.
Klub 2025-2026-cı il üzrə turnirdə əsas rəqibi olan “Qarabağ” FK-nı da deri qoyaraq tarixində ilk dəfə çempion olub.






