0 C
Baku
Saturday, February 22, 2025

Azərbaycan Çexiyanın neft tədarükü üzrə ikinci təchizatçı olub

2024-cü ildə Azərbaycan Çexiyaya neft tədarükünü 2023-cü illə müqayisədə təxminən 30% artıraraq 2,6 milyon tona çatdırıb.

Bu barədə “İnterfaks” Çexiyanın Sənaye və Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, Azərbaycan ötən il 40% payla Çexiyaya neft tədarükü üzrə ikinci təchizatçı olub.

Ümumilikdə, 2024-cü ildə Çexiya 6,5 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin göstəricisindən 12% azdır.

Tədarük həcminə görə birinci yeri 2,7 milyon tonla (1,6 dəfə az) Rusiya tutub. Tədarük həcminə görə ilk üçlüyü Qazaxıstan 1 milyon tonla (1,3 dəfə çox) tamamlayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər