24 C
Baku
Monday, June 30, 2025

Azərbaycan Çinə toyuq əti ixrac edəcək

Azərbaycandan Çinə toyuq əti ixracı üçün sənədləşmə işləri aparılır.

Banker.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, bunu İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, Çin tərəfi ölkəmizdən toyuq ayağı idxalına icazə verib və hazırda akkreditasiya işləri gedir. “Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır”, – Mürvət Həsənli qeyd edib.

Ölkədə quşçuluq sahəsinin dinamik inkişaf etdiyini bildirən İdarə Heyətinin sədri təsərrüfatların damazlıq və süfrə yumurtası istehsalında daxili tələbatı aşaraq, xarici ölkələrə ixraca və ölkəyə valyuta axınının təmin olunmasına töhfə verməyə başladıqlarını əlavə edib.

Qeyd edək ki, bu ilin mart ayından Azərbaycandan ABŞ-yə toyuq yumurtasının ixracına başlanıb. Rəsmi statistikaya əsasən, yanvar-aprel aylarında bu ölkəyə 1,45 milyon ABŞ dolları dəyərində 15,8 milyondan çox süfrə yumurtası ixrac olunub. Hesabat dövründə bu məhsul kateqoriyası üzrə Birləşmiş Ərəb Əmirliklərinə 2,39 milyon dollarlıq 38,1 milyon ədəd, Syerra-Leoneyə isə 50,6 min dollar dəyərində 792 min yumurta ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər