13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan Çin şirkəti ilə 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq edəcək

Energetika naziri Pərviz Şahbazovla Enerji Həftəsi çərçivəsində Bakıda səfərdə olan Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının sədr müavini Lin Shanqing arasında görüş keçirilib. 

Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərindən və  enerji qurumları arasında müqavilə-hüquq bazasının inkişafından danışılıb. Elektrik enerjisinin yüksək gərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi sahəsində təcrübə mübadiləsi müzakirə edilib.

Görüşün sonunda Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. 

Energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş vitse-prezidenti Lin Xiaodan tərəfindən imzalanmış Memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.

 

Son xəbərlər
Digər xəbərlər