6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Çində dəmir yolu terminalı ala bilər

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çində terminal almaq yaxud tikmək imkanlarını nəzərdən keçirir.

Bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

“Çin bazarı Azərbaycan üçün prioritetdir. Buna görə də həmin ölkəyə ayırca nümayəndə təyin etməyə qərar vermişik. Hazırda ADY Çin bazarında araşdırma aparır, gələcəkdə ola bilər ki, Çində nümayəndəlik açaq. Daha sonra Çində terminal almağı və yaxud tikməyi düşünürük. Çin bazarına məqsədli şəkildə qatılırıq”,- deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər