Çinin Hubey əyalətinin Vuhan şəhərində “G-Hub” ticarət mərkəzində Azərbaycan ticarət bölməsi fəaliyyətə başlayıb. Ticarət bölməsində “Made in Azerbaijan” brendi altında ölkəmizdə istehsal olunan qida və içki sənayesinə aid olan məhsulların satışı həyata keçiriləcək.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi ilə “G-Hub” ticarət mərkəzinin daxil olduğu “Greenland Group” şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, Çinin müxtəlif şəhərlərində açılan “G-Hub” ticarət mərkəzlərində Azərbaycan ticarət bölmələri də fəaliyyətə başlayır. Vuhan şəhərində fəaliyyətə başlayan ticarət bölməsi sayca 4-cüdür, daha öncə Şanxay, Harbin və Cinan şəhərlərində də Azərbaycan ticarət bölmələri açılıb.