Azərbaycan 2025-ci ilin ilk 7 ayında xaricdən 116 ədəd və ya 71.92 milyon dollarlıq külək enerjisi ilə işləyən elektrogenerator qurğuları alıb.
Banker.az xəbər verir ki, bunun da 112 ədədi Çin Xalq Respublikasından alınıb.
Hesablamalara görə, Çindən gətirilən bu elektrogeneratorların birinə düşən orta dəyər 642 141 dollardır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda külək elektrik stansiyalarının elektrik istehsalı ilin ilk səkkiz ayında 33,4 min kVT-saat olub ki, bu da 2024-cü ilin eyni dövründən 15.5 faiz azdır.