Azərbaycan 2023-cü ilin ilk yarısında elektriklə çalışan 7 ədəd avtobus alıb.
Banker.az xəbər verir ki, bu avtobusların biri Azərbaycana ortalama 146 203 ABŞ dolları təşkil edib. AMB-nin cari məzənnəsi ilə 248 545 manat edir.
Avtobuslar görə Çinə 1 milyon 23.42 min dollar ödənilib. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2023-cü ilin aprelində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli demişdi ki, 1 avtobus Çindən – BYD şirkətindən alınıb və 33 sərnişin oturacağına malikdir.
Avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVt/saat olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir.