“Azərbaycan Dəmir Yolları” QSC 100 taxıl vaqonu və hər biri 73-78 ton tutumlu 50 universal platforma vaqonu alır. Tender elanına əsasən, satın alınan vaqonların ümumi dəyəri 3 milyon ABŞ dollarından çoxdur.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin səkkiz ayı ərzində Azərbaycan xaricdə yük vaqonu almayıb. Bu dövrdə xaricə 294 yük vaqonu satılıb. Onların ümumi dəyəri 1 milyon 129 min ABŞ dolları qiymətləndirilir. Ötən il Azərbaycana bəyannamə qiyməti 9 milyon 450 min dollar olan 24 yük vaqonu gətirilib. 2018-ci ildə 1 milyon 833 min dollar dəyərində qiymətləndirilən 730 köhnə vaqon ölkə xaricində satılıb.
©Turan