“Azərbaycan Dəmir Yolları” QSC “SMARTIT” Məhdud Məsuliyyətli Cəmiyyəti və “İnfinitech” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “SMARTIT” MMC ilə olan müqavilədə “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” planı İKT texniki məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 4.307.196 manatdır.
“İnfinitech” MMC ilə bağlanmış müqavilə isə “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT avadanlıqlarının satın alınmasından ibarətdir. Bu müqavilənin məbləği 1.066.985 manatdır.