“Azərbaycan Dəmir Yolları” QSC 2022-ci ili 86 milyon 156 min manat xalis mənfəətlə başa vurub. Əvvəlki ildə ADY-nin mənfəəti 25 milyon 980 min manat olub ki, bu da illik müqayisədə 3.3 dəfə artım deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azərbaycan Dəmir Yolları”nın cəmi gəlirləri 601 milyon 408 min manat (əvvəlki ilə nisbətən 23% çox), o cümlədən yükdaşıma gəlirləri 525 milyon 498 min manat, tikinti gəlirləri 20 milyon 953 min manat, sərnişindaşıma gəlirləri 4 milyon 826 min manat, sair gəlirləri isə 50 milyon 131 min manat olub.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yüklərin, sərnişinlərin, poçtun və baqajın dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.