13 C
Baku
Friday, November 22, 2024

“Azərbaycan Dəmir Yolları” biznes plan üzərində işləyir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-2027-ci illəri əhatə edən biznes plan üzərində işləyir.

Bunu səhmdar cəmiyyətin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.

“Ümid edirik ki, biznes plan bu ilin sonuna qədər təsdiqlənəcək. ADY-nin kooperativ inkişaf strategiyası çərçivəsində 36 təşəbbüs var, biznes plan bu təşəbbüslər çərçivəsində hazırlanır”,- deyə o qeyd edib.

ADY rəsmisinin sözlərinə görə, təşəbbüslər qurumun qısa, orta və uzunmüddətli baxışını əhatə edir: “Burada dəmir yollarında alternativ enerji mənbələrindən istifadə kimi məsələlər də var”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər