“Azərbaycan Dəmir Yolları” QSC elektron gediş kartların tətbiqi məqsədilə elektrik qatarlarında bilet satışı sisteminin yaradılması və avadanlığın təchizatçısını seçir.
Bu barədə Banker.az QSC-nin açıqladığı məlumata istinadən xəbər verir.
Seçim açıq tender üsulu ilə keçirilir.
İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas meyarlar aşağıdakılardır: aşağı qiymət, göstərilən xidmətlərin yüksək keyfiyyəti, müqavilənin vaxtında icrası, təcrübə, maliyyə vəziyyəti və zəmanət müddəti.
Tenderdə iştirakın dəyəri 300 manatdır.
Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan təkliflər 2018-ci il fevralın 2-dək qəbul olunur. Tender proseduru fevralın 5-də baş tutacaq.