17 C
Baku
Friday, October 18, 2024

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşıma 2 dəfə artıb

2022-ci ilin üçüncü rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin xəttilə 1 milyon 249 min 686 sərnişin daşınıb. Bu daşımaların 1 212 416 sərnişini şəhərətrafı, 37 270-i isə daxili olub.

Banker.az bu barədə ADY-nin rüblük hesabatına istinadən xəbər verir.

ADY ilə daşınmış ümumi sərnişin sayı bu ilin ilk rübü ilə müqayisədə 306 min 174 nəfər və ya 25%, illik müqayisədə isə 2 dəfəyə yaxın artıb.

Şəhərətrafı sərnişin daşınması ötən ilin eyni dövrünə nisbətən 1.9 dəfə, daxili daşınan sərnişin sayı 10 dəfə çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər