“Az Trans Reil” MMC dövlətə məxsus şirkəti məhkəməyə vermişdir.
Banker.az xəbər verir ki, “Az Trans Reil” MMC “Azərbaycan Dəmir Yolları” QSC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə baxan hakim Leyla Əliyevadır.
“Az Trans Reil” şirkətinin ADY-ni müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə məhkəməyə verdiyi qeyd edilir.