12 C
Baku
Friday, March 29, 2024

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə cəmiyyətləri, xaricdə filialları yaradılacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin strukturu dəyişib. Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin indiyə qədər strukturuna “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatı, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan qurumlar, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Yük daşımaları Departamenti, Sərnişin daşımaları Departamenti, İnfrastruktur Departamenti və Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti daxil olub.  Dəyişikliyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni strukturu “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatı, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə cəmiyyətləri, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cəmiyyətin digər törəmə cəmiyyətləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin filial və nümayəndəliklərindən ibarətdir.

Beləliklə, yeni struktura əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə cəmiyyətləri yaradılacaq, xaricdə flial və nümayəndəlikləri olacaq, tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar, idarələr yaradılacaq.

-APA

Son xəbərlər
Digər xəbərlər