Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 milyon 753 min 456 nəfər sərnişin daşıyıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 % çoxdur.
Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 061 960 manatdır.