“Azərbaycan Dəmir Yolları” ölkənin tanınmış un istehsalçısı olan “Karat Holdinq”i məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, işin mahiyyəti açıqlanmır. İşə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Karat Holding” 10-dan çox şirkəti özündə birləşdirən iri qurumdur. “Karat” MTK, “Azİnvest” tikinti şirkəti, “Karmen” dəyirmanı, makaron, kisə və quşçuluq fabrikləri, “Marina Plaza” oteli, “Premium” market məhz bu holdinqə daxildir