Azərbaycanda dəmir və hava nəqliyyatını həyata keçirən iki şirkətə ayrılan subsidiyalar açıqlandı.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2022-ci ilin dövlət büdcəsi haqqına qanunda qeyd edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-yə 2022-ci ilin dövlət büdcəsindən 10 464 580 manat subsidiya ayrılıb. Bu da 2021-ci illə müqayisədə 17% artımdır.
“Azərbaycan Hava Yolları” QSC-yə gələn ilin dövlət büdcəsindən ayrılan vəsait öncəki ildəki qədər 10 010 000 manat olub.