10 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Dəmir Yolları” zərərdən xalis mənfəətə keçib

Dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC 2021-ci ili 16.55 milyon manat həcmində xalis mənfəət əldə edib.

Banker.az bu barədə ADY-nin illik audit hesabatına istinad edir.

Lakin bu onun zərərdən yaxa qurtarmasın demək deyil. Ölkənin dəmir yollarının yeganə operatoru 2021-ci ilə qədər ilbəil zərərlərin ümumi həcmi 4.50 mlrd. manata çatdırmışdı və bu rəqəm onun yalnız 4.47 mlrd. manata qədər azalmasını təmin edə bilir.

2019-cu ildə ADY-nin illik zərəri 225.81 mln. manat və 2020-ci ildə isə 480.07 mln. manat təşkil edirdi.

2021-ci ildə onun mənfəətə çıxmasının əsas drayveri yükdaşımalardan gəlirlərinin yüksəlməsidir. ADY hesabat ilində yükdaşımalardan 397.94 milyon manatlıq gəlir əldə edərək, 2020-ci ili 25% üstələdi. Gəlirlərinin digər hissəsini təşkil edən sərnişinlər daşımaları üzrə hələ də xeyli aşağıdır. Pandemiya səbəbindən onun sərnişindaşımalardan gəliri 2019-ci ildə 21.05 mln. manat olduğu halda, bu 2020-ci ildə 4.25 mln. manat, 2021-ci ildə isə cəmi 1.85 mln. manat olub.

Tikinti üzrə gəlirləri hesabat ili öncəki ildən 6% az olmaqla 52.19 mln. manata düşüb.

İllik zərərini mənfəətə çevriən digər əsas faktor onun hesabatında qeyd edilən “sair aktivlər üzrə dəyərsizləşmə” zərərinin (2020: 202.45 mln. manat) yoxa çıxması və “köhnəlmə və amortizasiya” xərcinin illik müqayisədə 45% azalaraq 73.84 mln. manata enməsidir.

 

 


111

Son xəbərlər
Digər xəbərlər