7 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycan Dəmir Yolları”nın iki törəmə şirkətinin rəhbərliyi dəyişdirildi

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Vüqar Mirqasımov və “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad ediliblər.

Şirkətlərə rəhbərlik müvafiq olaraq Əkbər Mədətliyə və Rəşad Məcidova həvalə olunub.

Ə.Mədətli vaxtilə “Atəşgah Sığorta” ASC-nin İdarə Heyəti sədrinin I müavini işləyib, R.Məcidov isə bundan əvvəl “ADY Konteryner”in Biznesin inkişafı üzrə direktoru olub.

Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. “ADY Konteyner” isə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər